dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib


Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Şura iclasında hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin, kommunal xidmət müəssisələrinin rəhbərliyi, mətbuat işçiləri, müharibə və əmək veteranları, şəhid ailələrinin üzvlərini, qazilər, ictimaiyyət nümayəndələrinin, şərəh mərkəzi xəstəxanasının, təhsil, səhiyyə, idman müəssisələrinin təmsilçiləri iştirak edib. İclası açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Şura iclasında “2024-cü ildə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” haqqında məruzə və “Mingəçevir Gənclər evi” Sosial Xidmət müəssisəsində gənclər təşkilatları və gənclərlə aparılan işlərin vəziyyəti haqqında müəssisənin direktoru T.Kərimovun hesabatı dinlənilərək müzakirə olunacaq. Müzakirələrdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Şəhər Maliyyə şöbəsinin rəisi Sultan Əsədov, Sukanal idarəsinin rəisi Samir Əliyev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin müdir əvəzi Elvin Zakirov, “Mingəçevir Avtovağzalı”MMC-nin direktoru Tofiq Rəhimov, “Mingəçevir - Bazar” ASC-nin direktoru Rahil Tağıyev çıxış ediblər.
Şura iclasında şəhər sakinlərini haqlı narahat edən problemlərdən söhbət açılıb. Qanunsuz tikintilərin aparılması, küçə ticarəti, xüsusilə bazar və bazarətrafı ərazilərdə mövcud olan qanunsuz ticarət, şəhərdaxili nəqliyyat sahəsində mövcud olan problem və nöqsanların aradan qaldırılması yolları müzakirə olunub.

Esmira Hidayətova Mingəçevir







Oxunub: 161
Oxşar xəbərlər
SON XƏBƏRLƏR