dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə polis əməkdaşları növbəti dəfə məktəblilərlə maarifləndirici söhbət aparıblar


Mingəçevir şəhər polis şöbəsinin təşkilatçılığı ilə keçirilən“Narkomaniyaya yox deyək”, və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri artıq bir ənənə halına çevriılib. Bu dəfə polis əməkdaşları şəhərin 3 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında növbəti görüş keçirib. Tədbiri giriş sözü ilə açan məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Çinarə Təhməzova qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır:”Bu kimi mövzularla bağlı şagirdlərimizi maarifləndirdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq bildiririk. Həmçinin biz də təhsil işçisi olaraq bu mövzularda məktəbimizdə şagirdlərlə mütamadi olaraq maarifləndirici tədbirlər təşkil edirik”.
Əvvəlcə şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.
Daha sonra çıxış edən şəhər polis şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına vurduğu ziyanından danışıb.
Maarifləndirici tədbirdə çıxış edən polis əməkdaşları “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə ”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında geniş məruzə ediblər.Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.


Esmira Hidayətova,Mingəçevir




[center]






[/center]

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR