Mingəçevir 3 nömrəli tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq bu gün məktəbin Tarix müəllimi Tahirə İsmayılovanın təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibəti ilə tədbir, eyni zamanda tədbirin tərkibində 9-ci sinif şagirdləri arasında Azərbaycan tarixindən bilik yarışı keçirildi.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra video- çarx vasitəsi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərqərar olunmasından bəhs edilib eləcədə bayramlar münasibəti ilə məktəbin müəllimlərinin və direktor Gültəkin Quliyevanın təbrikləri çatdırılıb.
Tədbirdə məktəbin şagirdləri bir-birindən şən musiqi , rəqs nömrələri,şeirlər və maraqlı viktorinalarla çıxış ediblər.Bilik yarışmasına qatılan şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Şaxta baba və Qar qızın gəlişi daha maraqlı olub. Onlar bilik yarışmasında qalib olan şagirdlərə öz hədiyyələrini təqdim ediblər.
Sonda qalibləri məktəbin direktoru Gültəkin Quliyeva fəxri fərmanla təbrik edib.
Tədbir məktəbin valideyinləri, tanınmış musiqiçilərin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 84