Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir ASAN xidmət mərkəzinin birgə təşkilatçılığı ilə ASAN xidmət mərkəzində “Korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın borcudur” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir ASAN xidmət mərkəzinin əməkdaşı Əli Qurbanov, Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə Məmmədova, Vəkillər Kollegiyasının üzvü və “Konsensus” vəkil bürosunun müdiri Cianşa Ömərov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasinın sədr müavini Rizvan Mikayıllı, “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, eləcə də Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN xidmət mərkəzinin könüllüləri, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər mövzunun əhəmiyyətindən bəhs edib, bu gün bəşəriyyətin korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzə dayandığını və rüşvətxorluğa qarşı mübarizənin mütəşəkkil şəkildə aparıldığını, gəncləri bu sahədə maarifləndirməyin və onlarda sağlam düşüncə tərzini tərbiyə etməyin vacibliyini qeyd ediblər. Tədbir iştirakçıları hər bir vətəndaşın ciddi mübarizə aparmasını vacib sayıb, korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə etmək üçün vətəndaş mövqeyinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Seminar diskussiya formasında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 67