dini radikalizm və ekstremizmlə mübarizə

"Yaşıl dünya naminə həmrəylik ili' çərçivəsində “təbiəti qoruyaq” adlı tədbir maraqlı anlarla yadda qaldı.


"Yaşıl dünya naminə həmrəylik ili' çərçivəsində “təbiəti qoruyaq” adlı tədbir maraqlı anlarla yadda qaldı.
Şagirdlər çıxışları ilə iştirakçılarına maraqlı anlar yaşada biliblər Mingəçevir İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəllim və şagirdlərinin "Yaşıl dünya naminə həmrəylik ili' çərçivəsində “Təbiəti qoruyaq”adlı maraqlı və yaddaqalan tədbirdə Vətənimizi , Qarabağı , bütöv Azərbaycanın təbiətini qoruyaq amalı altında şeir,mahnı və rəqslər təqdim etdilər. 1d, 2d, 3d, 4d, 5 d , 6 d (120 şagird) sinif şagirdlərinin təqdim etdikləri bir-birindən rəngarəng çıxışları hamının zövqünü oxşadı, hər kəsi yaşıl təbiəti qorumağa səslədi.
Tədbirdə məktəbin direktoru Yeganə Kərimova,sinif müəllimi Aytən Əliyeva,təqaüddə olan müəllim Validə Əlizadə çıxış edərək, bu kimi maarifləndirici tədbirlərin keçirilməsi təkcə ölkəmiz üçün deyil bütün dünya üçün bir çağrışdır, dedilər. Onlar şagirdlərin bu mövzuda maraqlı çıxışlarını alqışladılar.

Esmira Hidayətova,Mingəçevir.








Oxunub: 208
Oxşar xəbərlər
SON XƏBƏRLƏR