dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi bir qrup akademik inzibati heyət üzvləri ilə birgə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər


Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi bir qrup akademik inzibati heyət üzvləri ilə birgə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər.
2024-cü ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi və bir qrup akademik inzibati heyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər. Bu səfərin məqsədi, hər iki universitetin əməkdaşları arasında əməkdaşlığı gücləndirmək, enerjinin istehsalı və idarə olunması sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək olub. İstilik elektrik stansiyasına ziyarət edərək, iştirakçılar enerji istehsalı proseslərini öyrənmiş, bu sahədə tətbiq edilən müasir texnologiyalar və metodlar haqqında məlumat alıblar. Səfər, həmçinin universitetlər arasındakı elmi-tədqiqat və tədris sahələrindəki əlaqələri inkişaf etdirmək məqsədi daşıyıb.
Bu cür tədbirlər, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi üçün əhəmiyyətli rol oynayır.

ESMİRA HİDAYƏTOVA

Oxunub: 137
Oxşar xəbərlər
SON XƏBƏRLƏR