ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib.
Djb.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib.
"Bizdə sensasion xəbər var: o, (Stiven Miller – red.) bu iki nəfərdən daha yaxşıdır!", - deyə Tramp vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubioya işarə edərək bildirib.
Daha sonra Amerika lideri Ağ Ev Aparatının rəhbərindən soruşub: "Prezidentliyə namizəd olmaq istəyirsinizmi?" Miller isə gülümsəyib, amma cavab verməyib.
Tramp həmçinin Milleri "dünyanın ən güclü adamı" adlandırıb.
Oxunub: 0