dini radikalizm və ekstremizmlə mübarizə

Zəfər Günü ve Bayraq Günü münasibəti ilə tədbir keçirildi.


Uzun zamandır milli və mənəvi dəyərlər fonunda fəaliyyət göstərən Vəhdət Xeyriyyə Cəmiyyəti Vətən müharibəsindən bu yana mütəmadi şəhid ailələrinin yanındadır. Anım günləri, əlamətdar günlərdə təşkil etdiyi səhəe yeməyi görüşlərində əziz şəhidlərimizin dəyərli əmanətləri olan analarımızı, şəhid xanımları və ailələrini bir araya toplayır. Cəmiyyətin sədri Tamella Hüseynova dini bayramlarda, əlamətdar günlərdə şəhid ailələrini ziyarət edir, hal əhval tutur. Bir neçə dəfə turlar təşkil edərək şəhid ailələrini Şüşaya, Laçına səfərə apardıqlarını söyləyən Tamella xanım Qarabağ təəssuratlarını xüsusi duyğuyla söyləyir. Imkan olduqca maddi tərəfdən, imkan olduqca mənəvi olaraq şəhid ailələrinin yanında onlara dəstźk olmağa çalışırıq, çünki bu bizim xalq olaraq şəhidlərimizə borcumuzdur deyir.
Bu günlərdə də ölkəmizdə önəmli günlərdir. Həm Zəfər günü, həm Bayraq günü və eləcə də Konstitusiya günü arxa arxaya əlamətdar unudulmaz günlərdir. Vəhdət Xeyriyyə Cəmiyyəti bu günləri şəhid ailələri, anaları ilə birgə qeyd etməyə önəm verərək səhər yeməyində görüş təşkil etdi. Qürur və hüznün bir arada olduğu bu görüşdə dövlət himni səsləndikdən sonra, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən müxtəlif peşə və statusda xanımlar da çıxış edərək Tamella xanımın bu dəyərli missiyasında dəstək olduqlarını bildirdilər.
Biz də şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr və qüvvət diləyirik.

Məleykə Aslanzadə
Djb.az saytı. İcraçı direktor





Oxunub: 213
Oxşar xəbərlər
SON XƏBƏRLƏR