dini radikalizm və ekstremizmlə mübarizə

Yaşar Muradov anıldı.


Yaşar Muradov anıldı.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş Yaşar Muradovun bu gün anım günü qeyd edilib. Əvvəlcə məktəbin önündə büstü ucaldılmış şəhidin önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzülüb.
Yaşar Muradovun adını daşıyan 11 saylı tam orta məktəbin şagirdləri anım günündə həlak olmuş döyüşçünün keçdiyi qəhrəmanlıq yolundan bəhs edib,şeirlər söyləyiblər.Tədbirdə Əfqanıstan Veteranları İttifaqının Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli çıxış edərək Əfqanıstanda gedən döyüşlərdə iştirak edən və həlak olan mingəçevirlil döyüşçülərin keçdikləri döyüş yolundan bəhs edib, ölkə rəhbərliyinin veteranlara diqqət və qayğısından söz açıb. Tədbirdə digər veteranlar da iştirak edərək öz döyüş yoldaşları ilə olan xatirələrini bölüşüblər. Əfqanıstan müharibəsində isə 10 mindən çox azərbaycanlının iştirak etdiyini bildirən natiqlər onların 208-inin müharibədə həlak olduğunu, 7 nəfərinin isə itkin düşdüyünü söyləyiblər. Mingəçevirdə 110 Əfqanstan veteranı var onlardan 5 əlil, 3-isə Qarabağ döyüşlərində şəhid olub. 8 döyüşçü isə əfqanstan döyüşlərində həlak olub.
Yaşar Muradovun qardaşı, 2-ci qrup Qarabağ əlili, sabiq polis serjantı Azər Muradov çıxış edərək şəhid qardaşının unudulmadığını bildirib .hər il məktəb və döyüş yoldaşları tərəfindən xatırlandığını deyib.
Onu da qeyd edək ki,Yaşar İsfəndiyar oğlu Muradov 16 noyabr 1967-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub: “Birinci sinfi öz doğma kəndində oxuyub. 1975-ci ildə Muradovlar ailəsi Mingəçevirə köçüb, həmin ildən Y.Muradov 11 saylı məktəbdə təhsilini davam etdirib. 16 aprel 1986-cı ildə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1987-ci il oktyabrın 31-də həlak olub. Yaşar sovet qoşunlarının tərkibində Əfqanıstana getməyini ailəsindən gizlətmişdi. Bunu ailə sonradan bilmişdi”.
Qeyd edək ki, Yaşar Muradovunadı da əbədiləşdirilib: “Artıq neçə ildir ki, Mingəçevirdəki 11 saylı orta məktəb “Lenin” ordeni və “İgidliyə görə” medalı ilə təltif olunmuş sıravi əsgər Yaşar Muradovun adını daşıyır. “Nur şəhəri”ndə onun adını daşıyan küçə də var.
Qeyd edək ki,anım tədbirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şöbəsinin əməkdaşı da iştirak edib.

Esmira Hidayətova,Mingəçevir







Oxunub: 300
Oxşar xəbərlər
SON XƏBƏRLƏR