Mingəçevirdə birinci Vətən müharibəsi şəhidi Əhədov Xeyrulla Zəbi oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bulaq şəhidin ata yurdunun qarşısında iki müharibə veteranə (Əfqan və Qarabağ müharibəsi ) şəhidin qardaşı Eynulla tərəfindən inşa olunub.
Açılış mərasimində şəhidin ailəsi , şəhər ictimayət nümayəndələri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri , ƏVİB-nin Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Mingəçevir filialının sədri Əliağa Bəndəliyev, Əmək və Müharibə Veteranları Şurası şəhər təşkilatının sədr müavini Rizvan Mikayıllı iştirak ediblər. .
Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri təşkil edən ƏVİB-nin Mingəçevir şöbəsinin sədri Elşən İbrahimli çıxış edərək İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışıb .
Açılış mərasimində digər çıxış edənlər torpaqlarımızın azad edilməsi, vətənimizin bütövlüyü uğrunda canından və qanından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmək ən böyük şərəf və qürur hesab edilir deyiblər. Bildiriblər ki, Xeyrullanın da taleyinə Vətən müharibəsində qeyrət, hünər və qəhrəmanlıq simvolu olan şəhidlik zirvəsinə qovuşmaq yazılıb.
Daha sonar bulağın üzərindəki örpək götürülüb qarşısına tər çiçəklər düzülüb.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 147