dini radikalizm və ekstremizmlə mübarizə

“Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılması” mövzusunda dəyirmi masa keçirilib.


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşlarının, müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayndələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbiri açan aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev mövzu ilə əlaqədar məlumat verib.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev məlumat verdi ki, şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə daxili imkanlar hesabına sahibsiz itlərin zərərsizləşdirilməsi və qorunması üçün sığınacağın tikintisinə başlanılıb.
Mingəçevr şəhər heyvan sağlamlığı və baytarlıq idarəsinin xidmətlər idarəsinin epizootik tədbirlər şöbəsinin müdiri Xəyam Cəfərov məlumat verdi ki, sahibsiz heyvanların zərərsizləşdiriılməsi üçün lazımi tədbirlər davamlı olaraq aparılır.

Esmira Hidayətova,Mingəçevir.






Oxunub: 157
Oxşar xəbərlər
SON XƏBƏRLƏR