Bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevirdə təmir aparılan bir neçə bağçada olub.
Belə ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir şəhər 2, 4, 6, 9, 13, 19 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında aparılan təmir-tikinti ilə yaxından tanış oldu.
Həmçinin bu işlərlə bağlı olaraq bağçalarda tikinti-quraşdırma və konstruksiya işlərinin aparılması ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verilib.
Qeyd edək ki, Mingəçevir şəhər 4 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir, şəhər 2, 6, 9, 13 və 19 nömrəli körpələr evi-uşaq bağçalarında isə cari təmir aparılması nəzərdə tutulur.
Bundan əlavə olaraq hazırda Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə də təmir-tikinti işləri davam etdirilir.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 236