dini radikalizm və ekstremizmlə mübarizə

Başa çatan əsaslı təmir işlərinə ictimai baxış keçirilib


Başa çatan əsaslı təmir işlərinə ictimai baxış keçirilib
İyunun 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ictimaiyyət və media nümayəndələri, İcra başçısı aparatının məsul işçiləri, kommunal xidmət müəssisələrinin rəhbərliyi 20 Yanvar küçəsindəki 9 nömrəli binada aparılan əsaslı təmir işlərinin yekununa baxış keçirib. Qeyd edək ki, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, qazilərin yaşadığı 5 mərtəbəli, 60 mənzilli binanın qarşısında asfaltlanma işləri aparılıb, bordürlər düzülüb, işıqlanma dirəkləri qoyulub, işıq nöqtələri çəkilib, kanalizasiya sistemi yenidən qurulub. Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən təmir işləri uğurla başa çatıb. Belə ki, binanın fasad hissələri suvanaraq rənglənib. Giriş dəhlizləri, suvanıb, rənglənmə işləri görülüb, seyf qapılar qoyulub, pəncərə çərçivələri və şüşələr salınıb. Ümumən, binanın qarşısında gözəl mənzərə yaradılıb. Binanın arxasında sakinləri narahat edən zibilliklər, antisanitariya yaradan vəziyyət şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəhbərliyinin bilavasitə nəzarəti ilə işçilər tərəfindən təmizlənib, səliqə-sahman yaradılıb.

Esmira Hidayətova.




Oxunub: 132
Oxşar xəbərlər
SON XƏBƏRLƏR