dini radikalizm və ekstremizmlə mübarizə

Məktəblilər şəhidləri unutmur



Mingəçevir İ.Qayıbov adına 10 saylı tam orta məktəb şəhidləri unutmayaq devizi altında məktəbdə mütamadi olaraq şəhidlərlə bağlı tədbirlər həyata keçirirlər. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal antiterror tədbirləri zamanı sentyabrın 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalan və Mingəçevirin sonuncu dörd Şəhidindən biri olan Cavid Ceyhun oğlu Əliyevin xatirəsinə sinif otağı yaradılıb. Bu gün şəhidin mövlud günü münasibəti ilə 3a sinifi tədbiri nümayiş etdirib. Sinif müəllimi Elnarə Yusifova şagirdlərlə birgə hazırladıqları tədbirdə əvvəlcə himnimiz səsləndirilib,daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin anası,doğmaları və məktəbin direktoru Yeganə Kərimova iştirak edib. Şagirdlər şəhidin həyatı,döyüş yolu və şəhadətə yüksəlişi barədə geniş məlumat veriblər.Balaca fidanlar şəhidlərə aid şeirlər söyləyiblər,onlar dərslərini yaxşı oxumaqla şəhidlərimizə layiq övladlar olacaqlarına söz veriblər. Şəhidin döyüş yolu ilə bağlı kiçik səhnəciklər də nümayiş etdiriblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Yeganə Kərimova şagirdlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edərək şəhidlərimiz ürəklərdə yaşayıb, yaşayır və yaşayacaqdır deyib. Bildirib ki,unutmayaq ki, şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir və belə oğullarımızla qürur hissi keçirdirik.
Şəhidin anası bütün iştirakçıları salamlayaraq Cavidin son telefon danışığında harada olduğunu deməyib və “ hər şey yaxşıdır,məndən narahat olmayın” dediyini bildirib. Oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən söz açaraq onunla fəxr etdiyini və belə tədbirin hazırlanmasına görə məktəbin direktoruna, müəllim kollektivinə və tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə minnətdarlıq etdi.
Qeyd edək ki,Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal antiterror tədbirləri zamanı sentyabrın 19-da qəhrəmancasına Şəhidlik məqamına ucalan və Mingəçevirin sonuncu dörd Şəhidindən biri olan Cavid Ceyhun oğlu Əliyev Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Esmira Hidayətova,Mingəçevir.










Oxunub: 174
Oxşar xəbərlər
SON XƏBƏRLƏR