dini radikalizm və ekstremizmlə mübarizə

Husilər İsrail paytaxtına raket atıblar

Husilər İsrail paytaxtına raket atıblar

Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.

Bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Qüvvələrimiz işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində hərbi hədəfə və işğal altında olan Aşkelon ərazisindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib”, - paylaşımda qeyd edilib.

O bildirib ki, husilər Təl-Əvivə hücumda “Fələstin-2” ballistik raketindən, Aşkelona hücumda isə Yaffa dronundan istifadə ediblər.

Y.Sari hər iki hücumun uğurlu olduğunu iddia edir.

Oxunub: 55
Oxşar xəbərlər
SON XƏBƏRLƏR