dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir məktəbində “Yaradılışın sirri”biologiya gecəsi keçirilib


Djb.az xəbər verir ki, Mingəçevir şəhid İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə biologiya həftəsinə yekun vurulub. Bu münasibətlə “Yaradılışın sirri”biologiya gecəsi keçirilib. Tədbirdən öncə dövlət himni səsləndirilib,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin təqdimatında sirli təcrübələr nümayiş olunub. Tədbir boyu məktəbilərin hazırladıqları şən,yumorlu ,musiqili təqdimatlar olub.
Qeyd edək ki, biologiya həftəsi çərçivəsində biologiya müəllimi Günay Kərimovanın rəhbərliyi altında "Şəhidimiz Ülvi Həsənov ilə Şuşanın qoynunda adlı"dəyirmi masa keçirilib.Şagirdlər "Qarabağın flora və faunası","Qarabağın təbiətini dünyaya tanıdaq" başlığı altında təqdimat ediblər. Şuşa fatehi Ülvi Həsənova həsr olunan şeirlər söyləyib,Şuşanın fatehləri mahnısını ifa ediblər. Keçirilən tədbirlərə şəhid anası Kəmalə Həsənova dəvət edilib. Keçirilən dəyirmi masada"Qarabağdan gələn dağlaləsi"adlı sərgi də təşkil olunmuşdu. Tədbirin sonunda məktəbin direktoru Mənsur Həsənov çıxış edərək qeyd etmişdir ki, müxtəlif fənn həftələrinin rəngarəng şəkildə keçirilməsi şagirdlərin fənlərə marağını artırır, biliklərə daha dərindən yiyələnməsinə kömək edir və peşə seçimini dəqiqləşdirir.
Tədbirə şəhərdəki orta məktəblərin direktorları,təhsil sektorunun nümayəndələri də qatılmışdır.Biologiya həftəsinə şagirdlərin yüksək əhval ruhiyyəsi ilə yekun vurulub.

Esmira Hidayətova,Mingəçevir.





Oxunub: 252
Oxşar xəbərlər
SON XƏBƏRLƏR