dini radikalizm və ekstremizmlə mübarizə

“Məhv edilmiş dələcək” filmi çəkiləcək



Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib təşkilatlardan biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması adlı layihənin icrasına başlanılıb.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib təşkilatlardan biridə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin icrasına başlanıldı. Layihənin icrası məqsədi ilə çəkiləcək “Məhv edilmiş gələcək” filmində 1992-93-cü illər ərzində girov götürülmüş azyaşlı, yeniyetmə, gənc qızlarımızın naməlum həyatlarından bəhv ediləcək. Təşkilatımız daimi olaraq Qarabağ həqiqətlərinin yayılmasında dövlətimizə dəstək vermək üçün çalışır. Hazırda çəkmək istədiyimiz filmdə eyni məqsəd daşıyan məsələlərdən biridir. Layihənin icra müddəti iki ay, maliyyəsi 7000 AZN-dir. Layihənin mühasibi Quliyeva Xəyalə, layihə rəhbəri Radə Abbasdır.
Layihənin icrası ərəfəsində filmin təqdimat tədbiri keçiriləcək, filmə aid disklər çoxaldılaraq tədbir iştirakçılarına paylanılacaqdır. Filmin təqdimat tədbiri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçiriləcəkdir.
Layihə rəhbəri MVQSYİB-nin sədri Radə Abbas

Oxunub: 74
Oxşar xəbərlər
SON XƏBƏRLƏR