dini radikalizm və ekstremizmlə mübarizə

CİNAYƏTKARLIQ VƏ QƏTL-QARƏT NƏ ÜÇÜN ARTIR?


Cinayətkarlıq, daha doğrusu, qətl yalnız və yalnız iki səbəbdən ötrü yaranır: şəxsi zəmində və işsizlik ucbatından. Çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanımızda həmin cinayətkarlıq daha çox işsizlik, üstəlik işsizliyin ərsəyə gətirdiyi kasıbçılıq ucbatından artır. Bunlar heç də arzuolunan bir hal deyil.

Ali təhsillilər oxumamışlardan fərqlənməlidir. Ancaq nə yazıq ki, bu günləri həm ali təhsilli və həm də ki, avara - hər ikisi tində dayanır, hər ikisi bazarda tərəvəz satır. Ali təhsilli insanlar hansı ixtisası bitirmişdirsə, elə bitirən kimi də birbaşa öz ixtisası üzrə bir işə təyinat almalıdır, daha Ali məktəbi bitirəndən sonra avara qalmamalıdır, yaxud da ki, hər hansısa bir işə girmək üçün imtahan verməməlidir. Bu, olduqca çox məntiqsiz bir tətbiqatdır. İşə girmək üçün niyə görə imtahan vermək lazımdır?! Bunun nə kimi mənası var?! Onsuzda, ali təhsilli insan Universitetə qəbul olmaq üçün imtahan vermişdir, daha işə girmək üçün niyə imtahan versin?! Bu cür lazımsız, yersiz, məntiqsiz şeylər ləğv edilsə, olduqca çox gözəl olar.

Səyyari həyat, avaraçılıq, bekarçılıq, yoxsulluq, işsizlik insanı təkcə sıxıntıya, təhlükəyə, cinayətkarlığa və ölümə təhrik edir. Yaxşı bir məsəl var: "Şeytan bekarın dostudur".

İşsizlik həm də insanın şəxsi qüruruna toxunur. Məsələn, bir ata kasıbçılıq ucbatından övladının üzünə baxa bilmir. Uşaq "Ata, axşam gələrkən, mənə filan şeyi alarsanmı?"-deyə, valideyinindən bir istəyi, arzusu olur. Yazıq ata da çarəsizlikdən qondarma bir təbəssüm edərək uşağın qəlbi sınmasın deyənə, "Alaram, övladım" deyir. Halbuki, həmin axşam ata öz oğlunun və yaxud qızının qarşısında başı aşağı, üzü qara olacaq. Çünki, işi-gücü olmayan, bu səbəbdən də övladının istədiyini ala bilməyən bir atanın halı, sizcə, necə ola bilər?!

Çox adam vaxtında evlənə bilmir. Çünki, nə evi, nə işi var. Camaat qocalıb qalır.

Baxın, işsizlik bu cür hallar yaradır.

Heç bir Azərbaycan gənci işsiz, bekar qalmamalıdır. Hər sahə üzrə iş yerləri açılmalıdır. Hər ailədə bir nəfər kimi hamı işləməlidir, təbii ki, evli xanımlar istisna olmaqla.

Ümumiyyətlə, işləmək kişiyə məxsusdur, qadın isə öz evinin xanımı olmalıdır, evinin işi ilə məşğul olmalı və uşaqlarına tərbiyə verməlidir. Boş-boşuna "Evdar qadın" deyilmir. Bu günləri oğlan üçün iş tapılmır, ancaq qız üçün tapılır. Əlbəttə ki, xüsusi səbəbləri var. Lakin demək lazım deyil. Belə baxanda, mən bunu desəm də, deməsəm də, onsuzda, hamı çox yaxşı bilir ki, nə üçün oğlanlar üçün iş tapılmır, amma qızlar üçün həmin an iş tapılır. Keçmiş zamanlarda qadın evdə oturar, kişi isə işində olardı. Bu dövrdə isə hər şey tamam əksinə olub.

Valideyin öz övladlarının, ər öz arvadının qarşısında utanmamaq, bir çox insanlar isə ac qalmamaq üçün gedib oğurluq edir, adam öldürür. Bununla da, kütləvi cinayətlər baş alıb gedir.

Məncə, bunların qarşısı alınmalı və iş yerləri açılaraq insanlar iş ilə təmin edilməlidir.

Ərtoğrul Mehdizadə

Oxunub: 261
Oxşar xəbərlər
SON XƏBƏRLƏR