dini radikalizm və ekstremizmlə mübarizə

TƏHSİLDƏ İNKİŞAF VƏ İNNOVASİYALAR ÜZRƏ VI QRANT MÜSABİQƏSİNİN QALİBİ “GƏLƏCƏYİN ENERJİ MÜHƏNDİSLƏRİ” LAYİHƏSİ.


Djb.az xəbər verir ki, alternativ enerji – təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji növlərinin ümumiləşmiş adıdır. Alternativ energetika gələcəyə yönələn prespektiv sahələrdəndir. Bu sahəni genişləndirmək üçün bizə alternativ enerji sahələrində ixtisaslaşan mühəndislər lazımdır. Qloballaşan dünyada alternativ enerji mənbələrindən istifadə sürətlənir və bu Azərbaycana da öz təsirini göstərir. Alternativ enerji mənbələrini və növlərini araşdırmaq, öyrənmək və həyata tətbiq edəcək mühəndis və ya ixtisaslı kadr yetişdirmək üçün məktəb yaşlı şagirdlərdən başlamalıyıq. Problemi köklü həll etmək üçün bizə yeni düşünən beyinlər, yeni bacarıqlar lazımdır.
Layihəmizin əsas məqsədi 8-ci və 9-cu sinif şagirdləri arasında müxtəlif vasitələrdən istifadə edərək Fizika, Coğrafiya, Ekologiya, Biologiya elimlərindən öyrəndiklərini STEAM ın köməyi ilə bacarığa çevirərək alternativ enerji mənbələri layihələrinin işlənməsi, əldə etdikləri bilik və bacarıqları sınanması və əyani materialların hazırlanması əsas məqsədlərimizdəndir. Layihədə 4 ay müddətində Şirvan şəhər Kimya biologiya təmayüllü liseyin nəznində fəaliyyət göstərən Şirvan şəhər STEAM mərkəzində 4 məktəbdən seçilmiş şagirdlərə dərslər keçilmişdir. Layihə müddətində şagirdlərə xüsusi proqram əsasında dərslər keçirilmiş. Fizika labaratoriyasına, Sahil Günəş Elektrik Stansiyasına və Yaşma Külək Elektrik Stansiyasına ekskursiya etmişlər.



Layihə rəhbəri: Əzəmi Səbinə



Oxunub: 176
Oxşar xəbərlər
SON XƏBƏRLƏR