dini radikalizm və ekstremizmlə mübarizə

Elmira Cabbarovanın söz boxçasından



Sən razı qalarsanmı?

Allah sənin qatından,
bu dünyaya enəndən,
cisimdə canlanandan,
nələr görmüşəm, nələr...
Elə olub başımdan,
ildırımlar çaxıbdır...
Elə olub gözümdən,
qanlı yaşlar axıbdir...
Yanlış bir ümid ilə,
alışmışam, yanmışam...
Ya da peşimanlıqdan,
qaraya boyamışam...
Birinə laqeyd olub,
sevgisini görmüşəm...
Birisinə rəhm edib,
zərbəsini almışam...
Ruhum sənin ruhundur...
Sənə qaytamaliyam...
Qoruya bilməmişəm,
ruhumda çirklənibdir,
dünyanın çirkabında...
Bir azda toz alıbdır,
tənhalıq odasında...
Onu məndən bu halda,
geriyə alarsasanmi?
Məndən narazı deyil,
sən razı qalarsanmi ?

Sən sadəcə, susarsan...

Baxın əzalarım, axirətdə siz.
Söz verilib, üzümə duracaqsiz...
Siz mənim dil acaraq,
şahidim olacaqsız...
Aman, orda nə desəm,
elə danışarsınız...
Bax əllərim, çalışdım,
amma əlim boş; demə...
Sən gözlərim, ha baxdim,
kədər gördüm mən, demə...
Qulaqlar, ha çağırdım, cavab vermədin ;demə...
Dilim, döğru danişdim,
hey zərər gördüm, demə...
Aman, qəlbim dillənmə,
sən yalan diyəməzsən.
Dəlik - dəliyəm desən.
Kədərəm ,qəməm, desən,
Heç gülmədim mən, desən.
Allahımı incidər...
Allahımı üzərsən...
Aman qəlbim, dillənmə...
Sən sadəcə, susarsan...
Sən sadəcə, susarsan...

Ruhum ağrıyır, Allah...

Sənsən ruhun sahibi,
Kimə deyim dərdimi ?
Ruhum ağrıyır, Allah !
Sənsən" Xəbir", sən "Şəfiq",
Sənsən "Qadir", və "Rəfiq"...
Ətrafımda ağrı, ah,
ruhum ağrıyır, Allah !
Öz yazimla barışdım,
ruhumu oyaladim...
Qəmli, nakam, insanlar,
dünya kimi dönürlər...
Qovrulurlar, yanırlar...
Səadət axtarırlar...
Ətrafımda qan, dava,
ətrafımda ah, nalə...
Nakam bitən ömürlər,
dözə bilmirəm, Allah !
Ya dünyanı düzənlə,
ya da dağıt, yox elə...
Ağrıyır ruhum, Allah!
Ruhum ağrıyır, Allah !

Ruhum ağrıyır, Allah...

Sənsən ruhun sahibi,
Kimə deyim dərdimi ?
Ruhum ağrıyır, Allah !
Sənsən" Xəbir", sən "Şəfiq",
Sənsən "Qadir", və "Rəfiq"...
Ətrafımda ağrı, ah,
ruhum ağrıyır, Allah !
Öz yazimla barışdım,
ruhumu oyaladim...
Qəmli, nakam, insanlar,
dünya kimi dönürlər...
Qovrulurlar, yanırlar...
Səadət axtarırlar...
Ətrafımda qan, dava,
ətrafımda ah, nalə...
Nakam bitən ömürlər,
dözə bilmirəm, Allah !
Ya dünyanı düzənlə,
ya da dağıt, yox elə...
Ağrıyır ruhum, Allah!
Ruhum ağrıyır, Allah !

Yetim qız...

Yetim uşaqlar evində,
bir yetim qız ağlayır ...
Soruşmuram, niyə ağlayirsan,
yetim qız, soruşmuram...
Ona dayana bilmərəm...
Onu Allaha, anladarsan...
Sadəcə ağlama...
Yetim qız, ağlama...
Bax, yağiş yağir,
yarpaqlar islanir...
Sonra yenə,
yağış yağacaq...
Dünya islanacaq...
İndi dünya fırlanır...
Sonra günəş çıxacaq...
Ağlama, yetim qız, ağlama.
Yenə dünya fırlanacaq...
Yenə günəş çıxacaq...

Oxunub: 233
Oxşar xəbərlər
SON XƏBƏRLƏR