dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəran Gəncləri Şəhidləri Ehtiramla yad ediblər.


Djb.az xəbər verir Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Şəhidlərimizin Anım tədbiri keçirilib. Anım tədbirində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizi Gənc nəsilə tanıtmaq məqsədilə tədbir keçirilmişdir.
Anım tədbiri torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və GİKM-in Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbir çıxışlardan və ədəbi-bədii kompozisiyalardan sonra Mərkəzin foyesindəki sərgiyə baxışla yekunlaşıb.

Jalə Şahmarova
LDU tələbəsi, Fəal Könüllü


Oxunub: 293
Oxşar xəbərlər
SON XƏBƏRLƏR