“Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var. Lakin təyyarəsi yoxdur. Bu probemin həll olunması üçün hökumətə müraciət edirəm”.
Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
O, eyni zamanda vurğulayıb ki, əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər: “Amma siyasi konfiqurasiya dəyişəndən sonra bu da dəyişib. Hökumətin siması dəyişəndən sonra büdcə müzakirələri daha maraqlı keçir”.
Oxunub: 515