Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin rayon turlarının qalibləri Biləsuvar rayonunda keçirilən final mərhələsində iştirak etmişdir.
Ümumilikdə üç rayon(Biləsuvar, Cəlilabad, Salyan) üzrə 225 istedadlı gənc layihədə iştirak etmişdir. Final mərhələsinə hər rayon üzrə 15 nəfər, hər istiqamət üzrə isə ən yaxşı nəticə göstərmiş 5 nəfər vəsiqə qazanmışdır.
18 Aprel 2022-ci il tarixdə Biləsuvar rayonunda keçirilmiş final mərhələsində üç rayon üzrə 45 gənc iştirak etmişdir.
Qeyd edirik ki, yaradıcılıq müsabiqəsi üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilmiş və ən yüksək qiymət alan iştirakçılar mükafatlandırılmışdır.
Tədbirin mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman xanım Yüzbaşova, Biləsuvar şəhər 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva, rayon təhsil şöbələrinin əməkdaşları, qazilər, layihə rəhbəri Elnur Hüseynli, təlimçi Arif Ağazadə, ekspert Əlifli Əliheydər və gənclər iştirak etmişdirlər.
Qaliblərə müxtəlif hədiyyə və sertifikatlar təqdim edilmişdir.
Oxunub: 489