dini radikalizm və ekstremizmlə mübarizə

YAXŞI ZİYALI DA ELƏ MİLLİ DƏYƏRDİR!


Əgər yadınızdadırsa , əslən Lerikin Kəlvəz kəndindən olan qastroenteroloq professor Əlihüseyn Hidayətov haqqında post paylaşmışdım. Koordinatlarını alıb telefonla əlaqə saxladım və bu gün işlədiyi Medolimp xəstəxanasına getdim. Getməzdən öncə tanış həkimlərdən haqqında soruşdum, hamı onun çox tanınmış qastroenteroloq , şöhrətli professor və gözəl insan olduğu haqda ürəklə danışdı.
Nəhayət, professor Ə.Hidayətovla görüşdüm. Növbədə 9-cu pasient idim. Hamını çox mədəni şəkildə qəbul edən həkim məni də yaxşı qarşıladı,qanın ümumi analizini yoxlamağın vacib olduğunu bildirdi. 2 saat analizlərin cavabını gözləməli idim. Yenidən otağına keçib daha hansı yoxlanışın vacib olduğunu soruşdum və ürəklənib Lənkərandan olduğumu bildirdim. Həkim onsuz da bütün xəstələri səbirlə dinləyir, müalicə yazır, gülərüzlə yola salırdı. Amma , nə gizlədim, canım xan Lənkəranın adını eşidən professorun yorğun çöhrəsinə bir işıq gəldi. "Deyirəm mənə doğma gəlirsən",- deyə zarafat etdi. Artıq aparatlara yönəltmədi. Cərrahla danışdı. Cərrah həm özəl, həm də dövlət xəstəxanasında işləyir. Həmin vaxt özəl xəstəxanada idi. Cərrahı dövlət xəstəxanasına gətizdirdi ki, əlavə pul ödəməyim. Bütün yoxlanışlardan məni keçirtdi. Son dövrlər mədəmdə kəskin ağrılar, göynərti, acı su, köp və s olurdu.Açığı bədxassəli şiş olacağından yaman qorxurdum. Qida borusunun qrijası və xırda səpkilər var. Doktor məni o qədər ürəkləndirdi ki, ağrılarımı unutdum. Analizlərin cavabını da gözləməyə qoymadı. Dedi , get, telefon əlaqəsi saxla. Zəng vurmağa utanırdım ki, birdən narahat etmiş olaram. Özü zəng vurdu, analizlərin cavabını votsapla göndərdi, cərraha da göndərdiyini dedi , ressepti da yazıb elə telefonla göndərdi. Bu qədər nüfuzlu bir professor, alim, şöhrətli həkim və elə o qədər də sadə insan!
Dəyərli ziyalılarımızı qoruyaq!

P.S. Bu arada mədəsindən şikayəti olana professor Ə.Hidayətovun yanına getməyi tövsiyə edirəm.

Ceyran Həsənova

Oxunub: 1 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR