dini radikalizm və ekstremizmlə mübarizə

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın noyabrın 11-də Moskvada keçiriləcək sammitində baxıla bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

"İrəvanın təşkilatın işində iştirakdan imtina etməsi və onun büdcəsi ilə bağlı illik qərarları imzalamaması yalnız ona aid olan hüquqdan istifadə etməməsi deməkdir, lakin Ermənistanı milli üzvlük haqqının vaxtında köçürülməsi ilə bağlı öhdəliklərdən azad etmir", - o qeyd edib.

M.Qaluzinin sözlərinə görə, KTMT nizamnaməsi beynəlxalq müqavilədir və hər bir üzv dövlətin KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi daxil olmaqla, onun bütün iştirakçıları tərəfindən yerinə yetirilməlidir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR