dini radikalizm və ekstremizmlə mübarizə

Xocavənddə düşmənin atıb qaçdığı “İQLA” zenit raket kompleksi tapılıb

Xocavənddə düşmənin atıb qaçdığı “İQLA” zenit raket kompleksi tapılıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İQLA” zenit raket kompleksi, 1 ədəd “MUXA” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxunub: 461
Oxşar xəbərlər
SON XƏBƏRLƏR