dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonunda Şəhid ailəsi yaşayan növbəti küçə asfaltlanır


Djb.az xəbər verir ki, Suraxanı rayonunda Şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, onların problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirimək Rayon İcra Hakimiyyətinin mühüm vəzifələrdəndir.
Bu tədbirlər çərçivəsində Vətən uğrunda haqq savaşının qəhrəmanı, torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Orucov Elmir Elyar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda ümumi sahəsi 7000 kv.m olan küçədə asfalt örtüyünün salınması işləri aparılır.
Qeyd edək, rayon ərazisində Şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz olan yolların asfaltlanması işləri həyata keçirilir.


Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR