Ali məktəblərdə Alt qruplar ödənişsiz təşkil edilməli və Universitetlər öz səlahiyyətlərindən sui-istifadə edərək tələbədən mənasız yerə pul almamalıdırlar!
Bildiyiniz kimi, 1993-cü ildən sonra Ali məktəblərdə bir çox prosedur qaydaları dəyişdi. Məsələn, Alt qruplarda iştirak etmək üçün ödənişlər təşkil edildi. Əslində, bu, tamamilə yalnış bir addımdır. Alt qrup o deməkdir ki, yəni əgər tələbə bir ixtisasdan başqa bir ixtisasa köçürülərsə, o zaman, köçürüldüyü yeni ixtisasda iştirak etmədiyi fənlərdə bir daha iştirak edir və onu bağlayır. Alt qruplar belədir ki, o, sırf köçürülən tələbə üçün ayrıca təşkil edilmir: müəyyən zəruri səbəblərə görə köçürülməmişdən əvvəl iştirak etmədiyi fənləri keçən hər hansısa bir aşağı kursun tələbələri ilə eyni vaxtda oturur və onu dinləyir. Yəni ki, tələbə I kursun II semestrində köçürülürsə və köçürüldüyü ixtisasın I semestrində iştirak etmədiyi fənləri II kurs olarkən, artıq özündən I kurs aşağı olan tələbələr ilə bərabər bir şəkildə dinləyir. Bir sözlə, buna görə tələbədən mənasız yerə 300 manata qədər pul tələb edilməməlidir. Ümumiyyətlə, Alt qrup da daxil olmaqla, Ali məktəblərdə bir çox ödənişlər birmənalı olaraq ləğv edilməlidir. Çünki, tələbələrin hamısı imkanlı deyil və yoxsulluq çəkən tələbələr daha çoxdur. Onların problemləri bəs deyilmiş kimi, onlardan əlavə ödənişlər tələb etmək heç də düzgün deyildir.
Ərtoğrul Aypar
Oxunub: 754