dini radikalizm və ekstremizmlə mübarizə

Kafe və restoranlar həftəsonları işləyəcək? - Nazirlər Kabineti AÇIQLADI

Kafe və restoranlar həftəsonları işləyəcək? - Nazirlər Kabineti AÇIQLADI

Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.

Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?

KONKRET.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR