dini radikalizm və ekstremizmlə mübarizə

Bakıdakı ictimai naqisliklər bitmək bilmir


Ölkədə, xüsusilə paytaxt Bakı şəhərindəki ictimai naqisliklər, bəzi cahil adamların insanlıqdan uzaq hərəkətləri və səfeh rəftarları insanda yalnız ikrah hissi doğurur. Məsələn, ictimai yerlərdə mədəniyyəti pozaraq qeyri-insani bir şəkildə yüksək tonda qah-qahalı gülənlər, corabsız ayaqqabı geyinənlər, qulaqlarına təzəlikcə sırğa taxan oğlanlar, bəzi əlində təsbeh fırladaraq avaralıq edənlər, ona-buna tərs-tərs baxanlar, yırtıcı it gəzdirənlər, adama qəsdən dik-dik baxaraq zillənənlər, düşük-düşük rus dilində danışanlar, ona-buna söz atanlar və s.

Hüquq-mühafizə orqanlarının ölkədə təmin etdiyi milli-ictimai təhlükəsizliyi, əmin-amanlığı və asayişi pozmağa çalışan bir xeyli başıpozuq dəstələr vardır. Demək olar ki, elə hər gün onlarla rastlaşırıq. Qanımız qaralmasa da belə, ürəyimiz bulanır. Necə deyərlər: "Milçək bir şey deyil, amma könül bulandırır".

Bunların ən başlıca səbəbi isə insanımızın milli şüurdan, adət-ənənələrdən, mədəniyyətdən, əxlaqdan və mənəvi dəyərlərdən nə qədər uzaq düşmələridir. Çünki, baxdıqları xarici seriallar, izlədikləri zərərli filmlər onları artıq özününküləşdirmişdir. Bu günləri insanlarımız özləri deyil, sanki, başqalarıdır. Yəni ki, zahirən bu torpağın övladları olsalar da belə, daxilən yad adamlar kimidirlər. Qonaqpərvər, vətənsevər Azərbaycan xalqı bu cür vəziyyətə düşməməlidir. Belə baxanda, heç dünyada bizim millət kimi saf, ürəyi yumşaq, mehriban, sadə və insanpərvər olacaq ikinci bir millət yoxdur. Ancaq heyif ki, yad-yabancıya mehriban olmağımıza baxmayaraq, bir-birimizin ətini yeməyə həmin an hazırıq! Bir-birimizə badalaq verməyə, mərdiməzarlıq etməyə, evini yıxmağa, fırıldaq gəlməyə, hiyləgərlik etməyə, xainlik çəkməyə, paxıllıq etməyə və bir-birimizin işini pozmağa həmişə hazır olmuşuq!

Axı bizim kimi möhtəşəm bir xalqı kim dəyişdirdi?! Cavabı çox asandır. Əksinə, bizi dəyişdirmədilər, bizim qanımızı dəyişdirdilər və çirkləndirdilər. Bunu edənlər isə heç şəkk-şübhəsiz ki, qədim və orta əsrlərdə ölkəmizə yürüş edən imperialist qüvvələr oldu. Onlar öz ərazilərindəki zir-zibilləri, cahilləri, qatilləri, cinayətkarları təmizləyərək gətirib bizim ölkəyə doldurdular; bizdəki sənətkarları, elmi-ictimai xadimləri, mədəniyyət adamlarını, alicənab insanları isə qul edib də apararaq öz ölkələrini abadlaşdırdılar, ağ günə çıxartdılar. Məsələn, "Nəsimi" adlı Azərbaycan filmində Fəzlullah Nəimi öz müridlərinə belə bir söz deyir:

"Teymur alimlərimizi, memarlarımızı at döşündə Səmərqəndə aparır. Əvəzində şəhərlərimizə minlərlə köçəri gətirir. Nizaminin, Xəqaninin yurdu cahil köçərilər məmləkətində çevrilib".

Çox-çox təəssüflər olsun ki, bizim təmiz qanımız həmin o köçürülən yararsız tullantıların murdar qanı ilə qarışdı və meydana yarı türk və yarı qeyri-türk xalqlarının birləşməsindən belə bir xoşagəlməz cəmiyyət formalaşdı. Çünki, türk insanına saxtakarlıq, riyakarlıq, xəyanət, xainlik, paxıllıq, gözügötürməməzlik, xəsislik, simiclik, mərdiməzarlıq, alçaqlıq, mədəniyyətsizlik, əxlaqsızlıq və pozğunluq yoxdur. Bunlar bizim cəmiyyətdə sonradan yarandı: təbii ki, hamı bu çirkaba bulaşmadı, özünü qoruyan qorudu və milli kimliyini təmiz saxladı. Yadımızdan çıxartmamalıyıq ki, türk oğlu həmişə igid, mərd, şücaətli, qorxmaz, cəsur, səxavətli, nəzakətli, saf, təmiz, boya-başa çatdığı torpağa bağlı və onun qədir-qiymətini biləndir. Bizlər beləyik. Bu günləri ölkədə cinaykarlıq, qətl-qarət, oğurluq kimi çirkin işlər ilə məşğul olan da elə məhz həmin o qanıqarışıq olan axmaqlardırlar.

Nə isə, mətləbdən çox uzaqlaşmayım. Məqaləmin əvvəlində qeyd etdiyim o hər gün, hətta hər an ictimai məkanda naqis hərəkətlərə yol verən insanlar da məhz işğala məruz qaldığımız prosesdə qanı başqalarının yadellilərin qanı qarışan bədbəxtlərdirlər. Buna baxmayaraq, onların qarşısı hər bir vəchlə alınmalıdır! Şəhərin ictimai qayda-qanunları, tələbləri qorunmalıdır. Çünki, elə mədəniyyətsiz insanlar vardır ki, özlərini şəhərdə doğru-düzgün apara bilmirlər, daha doğrusu, özlərini idarə etməyi bacarmırlar. Bir sözlə, ölkə üzrə ümumi bir şəkildə ictimai fonda maarifləndirmə islahatları keçirilməlidir.

Ərtoğrul Aypar

Oxunub: 667
Oxşar xəbərlər
SON XƏBƏRLƏR