dini radikalizm və ekstremizmlə mübarizə

Bolqar mətbuatı erməni vəhşiliyindən yazdı

Bolqar mətbuatı erməni vəhşiliyindən yazdı

Bolqarıstanın “Fokus” xəbər agentliyi, “Cross” və “Novinita” xəbər portalı, eləcə də “Standard” qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını və cəbhədə baş verən gərgin döyüşlər barədə məlumat yayıblar.

Axar.az xəbər verir ki, Bolqarıstan ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları da çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar verilib. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyməsi barədə bildirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR