dini radikalizm və ekstremizmlə mübarizə

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin olunub

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin olunub

Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.

Oxunub: 553
Oxşar xəbərlər
SON XƏBƏRLƏR