dini radikalizm və ekstremizmlə mübarizə

Saatlı rayon İcra Hakimiyyətinin birinci müavini İlham Quliyevə yubiley medalı təqdim olunub.

Saatlı rayon İcra Hakimiyyətinin birinci müavini İlham Quliyevə yubiley medalı təqdim olunub.

Saatlı rayon İcra Hakimiyyətinin birinci müavini İham Quliyevi veteran hərəkatına göstərdiyi dəstəyə və rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və rayon Veteranlar Təşkilatının sədri Əliağa Qurbanovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib.

Rayon İcra Hakimiyyətinin birinci müavini İham Quliyev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Oxunub: 382
Oxşar xəbərlər
SON XƏBƏRLƏR