dini radikalizm və ekstremizmlə mübarizə

Onlayn-distant dərs üsulunun tətbiqi tələbələrə və şagirdlərə heç bir fayda verən deyil: ənənəvi dərs metodu bərpa edilməlidir!


Mart ayının ikinci on günlüklərindən etibarən pandemiya ilə əlaqədar olaraq bütün ümumtəhsil müəssisələrində ənənəvi dərs yerinə onlayn dərs üsulu tətbiq edildi. Elə ilk başdan baxarkən, gördük ki, bundan nə tələbə və nə də ki, şagird yetərincə faydalana bilmədi. Ona görə ki, ənənəvi formaya uyğunlaşmış tələbələr və şagirdlər üçün bu cür qeyri-ənənəvi təhsil metodu tamamilə yad və mənasız bir şey idi. Tələbələr və şagirdlər özlərini məcburən 3-4 ay belə yola versələr də belə, sonradan hamısı bundan narazı qaldı. Çünki, həm mənəvi və həm də ki, fiziki olaraq zərər-ziyan gördülər: gözləri olduqca zəiflədi, bədənləri güclü şüalanmalara məruz qaldı; öz sinif, qrup yoldaşlarından neçə müddət uzaq düşdülər. Bu, onlara psixoloji təsir göstərdi. Ümumiyyətlə, ənənəvi qaydanı pozmaq olmaz: şagirdlər və tələbələr kitab-dəftəri, qələmi kənara ataraq, onun əvəzinə əllərinə yad-yabancı vasitələr olan komputer, planşet və telefon götürməməlidirlər. Təhsil bu cür olmur, belə şeylərdən uzaq olmalıyıq. Onsuzda, zəifləməkdə olan təhsil onlayn qayda tətbiq edilərsə, daha da çökəcəkdir və onu əvvəlki kimi bərpa etmək artıq heç cür mümkün olmayacaqdır. Deməli, 27 avqust 2020-ci il tarixində keçirilən təhsil brifinqdə qərar verildi ki, güya həm tələbələrin və həm də ki, şagirdlərin yarısı dərslərdə onlayn qaydada qatılacaq, yarısı da ki, əyani şəkildə iştirak edəcəkdir. Bu, heç də məntiqli bir mexanizm deyil. Onlayn tətbiq edilirsə, o zaman, gərəkdir ki, bütün təhsil müəssisələri onlayn olsun; yox, əgər əyani olacaqdırsa, onda, ümumtəhsil müəssisələrinin hamısı əyani, yəni ki, ənənəvi olmalıdır. Çünki, ənənəvi qaydadan başqa yol yoxdur. Onlayn üsul boş bir şeydir və bunu təhsil ekspertlərinin özləri də çox yaxşı dərk edirlər. Əgər belədirsə, o zaman, artıq dərəcədə xahiş edirik ki, bütün ümumtəhsil məktəbləri ənənəvi şəkildə açın, xüsusilə də ki, IV kurs tələbələrinin dərslərə əvvəlki kimi gedib-gəlməsinə şərait yaradın. Tələbə və şagird hər zaman müəllimin yanında olmalı və üz-üzə onun nəfəsini duymalıdır, ondan faydalanmalıdır. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, onlayn-distant təhsildən heç kimə xeyir gələn deyil, ziyana düşənlər daha da qat-qat ziyana düşəcəklər. Onsuzda, heç bir tələbə və şagird bundan razı deyil. Bu, baş aldatmaqdan bir şey deyil. Yəni ki, özümüz özümüzün başını mənasız yerə aldatmayaq. Allahın bəxş etdiyi o qızıl vaxtı boşuna ötürmək olmaz. Belə baxanda, sağlam insanı min nəfər xəstənin içərisinə belə atsan, yenə də ona heç nə olan deyil. Lakin qeyri-sağlam adamı isə adi bir hava almağa çıxartsanız belə, o, həmin saat, nasazlayacaqdır: çünki, onun immuniteti zəifdir. Odur ki, sentyabr ayının 15-də ənənəvi olaraq bir nəfər kimi bütün tələbələr öz Universitetlərinə və şagirdlər isə öz məktəblərinə yollanmalıdırlar. İlk dərs günü komputer qarşısında oturub "Onlayn tamaşalar"-a baxmaq lazım deyil, əyani surətdə dərsə gedərək müəllimin qarşısında olmaq lazımdır. Ümid edirik ki, bunlara diqqət yetiriləcəkdir.

Ərtoğrul Aypar

Oxunub: 1 003
Oxşar xəbərlər
SON XƏBƏRLƏR