Uşaqlıqda yalan danışmaq, uşağın cəza almaqdan və valideyn qəzəbindən qaçmaq üçün istifadə etdiyi üsullardan biridir. Ancaq cəza və mükafat uşaq tərbiyəsində təsirli bir üsul deyil.
NOCOMMENT.az xəbər verir ki, psixoloq, pedaqoq Reyhan Ateş Yücel uşaqlarda yalan danışma vərdişinin necə əmələ gəldiyini və bunun necə düzəldiləcəyi barədə məlumat verib.
Mütəxəssisin sözlərinə görə ailə tərbiyəsi zamanı uşaqlara yalnış münasibət və davranışlarına görə cəza verilməsi uşağın yalan danışma vərdişini gücləndirə və daha mənfi davranışlara səbəb ola bilər. Ancaq bəzi hallarda uşaqlar; nə isə əldə etmək, diqqət çəkmək və ya məsuliyyətdən yayınmaq üçün də yalan danışa bilərlər. Ancaq uşaqlıq vaxtından yalan danışmağa təhrik edən ən vacib amil qorxudur.
Yalan danışma vərdişinin uşaqlarda əsasən 3-4 yaşlardan başladığını deyən pedaqoq bu yaşlarda uşaqların xəyal gücünün daha qüvvətli olduğunu bildirib. Təxminən 5 yaşa qədər uşaqlar xəyal ilə gerçəyi ayırd edə bilmirlər. Məhz buna görə də olmamış hadisələri yaşamış kimi danışa bilərlər. Bu müddətə qədər uşaqların söylədiklərini yalan kimi qəbul etməyin səhv olduğunu bildirən pedaqoq, uşaqlarda həqiqəti qavramanın 6-7 yaşdan sonra başladığını bildirib.
Bəs bu vərdişin qarşısının alınması üçün nə ediməlidir?
Düşüncə sistemi inkişaf edən uşaqlara səhvlərinə görə lazımsız və sərt cəzalar tətbiq etmək, uşaqların dərs almaqdan çox qorxmağına səbəb olur. Uşaqlıqda yalan danışmaq – uşağın cəza və valideyn qəzəbindən qaçmaq üçün istifadə etdiyi üsullardan biridir. Ancaq cəza və ya mükafat uşaq tərbiyəsində təsirli bir üsul deyil. Onu cəzalandırmaq əvəzinə, onun üçün nümunə olacaq davranışlar sərgilənməli və niyə bu cür etdiyi düşünülməlidir.
Yalan danışan uşağı alçaltmaq, sərt münasibət göstərmək, ciddi nizam-intizam qaydaları tətbiq etmək düzgün deyil. Uşağın sağlam bir şəkildə ünsiyyət qurmasına mane olan bu münasibətlərin əvəzinə, fikrini rahat şəkildə ifadə edə biləcəyi bir şərait yaradılmalı, davranışının səhv olduğunu izah edərək uşağı səhvləri barədə məlumatlandırmaq lazımdır.
Onlara həqiqəti güclə söylətmək əvəzinə həqiqətin əhəmiyyəti uyğun bir dildə izah edilməli, bundan sonra yalan danışma davam edərsə, mütəxəssisə müraciət edilməlidir.
Oxunub: 698