dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda yayılan kəskin qoxu ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda yayılan kəskin qoxu ilə bağlı - RƏSMİ AÇIQLAMA

“Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.

KONKRET.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR