dini radikalizm və ekstremizmlə mübarizə

Ekologiyanın qorunması üçün atılan maraqlı addımlar


Ekologiya planetin hər sakini üçün böyük əhəmiyyət daşıyır. Yalnız ətraf aləmin qayğısına qalmaqla planetimizi gələcək nəsillərə yararlı şəkildə ötürə bilərik. Hazırkı dövrdə bu məsələ gün-gündən daha aktual olur, çünki texnoloji inkişaf təbiətdə sağalmaz yaralara yol açmaqdadır. Aşağıda ekologiyanın qorunması üçün müxəlif ölkələrdə atılan fərqli addımlarla tanış ola bilərsiniz:

İsveç hökuməti hər il ölkəyə 80 min ton zibil gətirir. Orada zibili yandırmaqla elektrik enerjisinin alınması proqramı müsbət nəticələr verib. İsveçə ən çox zibil ixrac edən ölkə qonşu Norveç hesab olunur. Bütün nəqliyyat xərclərini də Norveç öz üzərinə götürüb. İsveç lazım olan enerjini aldıqdan sonra yerdə qalan metalları, külü geri göndərir. Gətirilən zibilin təxminən 96 %-i enerjiyə çevrilir.

Amerikalı alimlər tədqiqatlar apararaq müəyyən ediblər ki, pişiklər ekosistemə ciddi zərbə vura bilərlər. Təkcə ABŞ-da pişiklər minimum 30 növ heyvanın məhvinə səbəb olurlar. Orada il ərzində 4 milyard quş pişiklər tərəfindən öldürülür.

Hazırda Yer kürəsi çox yüklənib. Məskunlaşma onun normal mövcudluğu üçün lazım olan səviyyədən artıqdır və bu planetimiz üçün böyük təhdid hesab edilir. Bunun qarşısını almaq üçün edilən müxtəlif təkliflərdən biri də çoxmilyardlı artımı azaltmaq məqsədilə demoqrafik siyasət həyata keçirərək doğuş sayını nəzarətdə saxlamaqdır.

“Nike” şirkəti 20 il əvvəl dünyanın müxtəlif yerlərində köhnə ayaqqabıları yığmaq üçün məntəqələr açıb. Köhnə ayaqqabıların materialları yığılaraq təkrar emala göndərilir. Onların altlığından yürüş aparatlarının rezin hissəsinin hazırlanmasında, parçasından isə stadionların, tennis kortlarının döşənməsində istifadə olunur.

İsveçin Helsinqborq şəhərində yerli krematoriyalardan biri 60 min evi qızdırır.

Qolf həvəskarlarının kruiz gəmisinin göyərtəsində rahat qolf oynaması üçün alman şirkətlərindən biri balıq yeminin sıxılmasından qolf topları hazırlamışdı. Bu topların dənizə düşməsinin rezin toplardan fərqli olaraq heç bir ziyanı yox idi.

Kərgədan ovuna çıxan brokonyerlərin bir məqsədi olur, onların buynuzunu çıxarmaq. Bu, bütünlükdə kərgədanların həyatını təhlükə altında qoyurdu və nəslinin kəsilməsinə səbəb ola bilərdi. Buna görə də, bəzi ölkələrdə təbiətsevərlərin təklifi ilə kərgədanların buynuzunun anesteziya altında çıxarılmasına başlanılıb.

İngiltərənin Banberi şəhərində yerləşən “KraftFoods” şirkəti kofe istehsalı ilə məşğuldur. Bu şirkətin kofe qabıqlarından elektrik enerjisi alan stansiyası var.

Sakit okeanın şimalında yerləşən böyük zibillik “Şərqi zibil qitəsi” adını alıb. İnsan əli ilə yaradılan bu “qitə”də Amerika və Asiyadan atılan 100 milyon tonlarla plasktik zibil toplanıb.

Avstraliyalı ekoloqlar koalaları avtomobil yollarında qəzalardan qorumaq üçün magistral yollar üzərində çoxlu süni üzüm çardaqları düzəldiblər.

İsveçrədə “İBM” məlumat mərkəzinin serverinin işləməsi nəticəsində yaranan istilikdən çox maraqlı bir məqsədlə istifadə edilir, həmin enerji ilə hovuzların suyu qızdırılır.

Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR