dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda koronavirusa görə nəzarətə götürülən kənddən GÖRÜNTÜLƏR

Azərbaycanda koronavirusa görə nəzarətə götürülən kənddən GÖRÜNTÜLƏR

Xaçmazın Köhnə Xaçmaz kəndi polis tərəfindən xüsusi nəzarətə götürülüb.

Buna son günlər kənd ərazisində korovirusa yoluxanların sayının artması səbəb olub.

Son məlumata əsasən, kənddə səkkiz yoluxma faktı qeydə alınıb. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Saleh Pirəliyevin sözlərinə görə, virus Bakıdan gələn koronavirusa yoluxmuş şəxsdən kəndə yayılıb.

Həmin şəxs virusu əvvəl ailəsinə, daha sonra digər şəxslərə yoluxdurub.

Kənddə artıq polis əməkdaşları tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparılıb, marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib. //KONKRET.az

Oxunub: 364
Oxşar xəbərlər
SON XƏBƏRLƏR