dini radikalizm və ekstremizmlə mübarizə

Pankration, Qrapplinq və MMA Federasiyası aztəminatlı ailələrə yardım etdi

Pankration, Qrapplinq və MMA Federasiyası aztəminatlı ailələrə yardım etdi

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində növbəti dəfə xeyriyyə addımı atıb.

Rəhbər Azad Əsgərov başda olmaqla, federasiya əməkdaşları Bakının əksər yaşayış məntəqələrində aztəminatlı ailələrə və tənha sakinlərə yardım ediblər.

Paxtaxtda 200-dən çox ailə gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin edilib.

Qeyd edək ki, yardım kampaniyası xüsusi karantin rejimi bitənədək davam edəcək, xeyriyyə yardımı Federasiyasının vitse-prezidenti Tural Mirzəyevin rəhbərliyi ilə həyata keçirilir. Kampaniyaya ABŞ-da və Rusiyada yaşayan həmyerlimiz Məmmədov Əliş Zabit oğlu da qoşulub. O da Binəqədi, Biləcəri, Qaraçuxur, Binə, Sulutəpə və Balaxanıda yaşayan aztəminatlı ailələrə yardımını çatdırıb. //“Qafqazinfo”




Oxunub: 554
Oxşar xəbərlər
SON XƏBƏRLƏR