dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın elektron ödəniş sistemi daxili kriptovalyutasını istifadəyə verib


Azərbaycanın elektron ödəniş sistemi "Hesab.az" daxili kriptovalyutasını istifadəyə verib.

Bunu "APA-Economics"ə "GoldenPay" şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, "Hesab.az" portalının istifadəçiləri ödəniş etdiyi xidmətdən asılı olaraq (sığorta ödənişləri istisna olmaqla), müəyyən miqdarda "HesabCoin" toplayacaqlar.

Toplanan "HesabCoin"ləri "Hesab.az"da Azərbaycan manatına çevirmək mümkündür. Bildirilib ki, həmin məbləğ yalnız "Hesab.az"da ödəniş etmək üçün istifadə oluna bilər.

Oxunub: 479
Oxşar xəbərlər
SON XƏBƏRLƏR