dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda aztəminatlı ailələrə ərzaq yardımı davam edir

Biləsuvarda aztəminatlı ailələrə ərzaq yardımı davam edir

Biləsuvar Rayon İcra Hakimiyyətinın təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən “Aran Azərbaycan MMC” və Aran marketlər şəbəkəsinin dəstəyi ilə aztəminatlı ailələrə köməklik göstərilməsi aksiyası davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, xüsusi karantin rejimi müddətində rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanaraq, onlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən edilmiş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir. Eyni zamanda imtiyazlı, yaşı 65-dən yuxarı olan tənha-xəstə vətəndaşlara dövlət tərəfindən pulsuz ayrılmış dərmanlar paylanılır.

Biləsuvar Rayon İcra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edilməklə yanaşı, əhali arasında maarifləndirici izahat işləri daha da genişləndirilir, yaşayış məntəqələrinin dezinfeksiyası və digər zəruri tədbirləri mütəmadi olaraq həyata keçirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan vətəndaşlar daim diqqət mərkəzində saxlanılmaqla karantin müddəti bitənədək zəruri ehtiyacları ödəniləcək.

Oxunub: 516
Oxşar xəbərlər
SON XƏBƏRLƏR