Kommunal xidmətlər Bakı sakinlərinə xəbərdarlıq edib. Paytaxtın kommunal strukturlarından "Qafqazinfo"ya daxil olan məlumata görə, 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Oxunub: 512