Ərdoğanın səsləndirdiyi şüara klip çəkildi - Video
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın koronavirus əleyhinə mübarizə kampaniyasında səsləndirdiyi “Biz bizə yetərik, Türkiyəm” şüarına klip çəkilib.
“Qafqazinfo” xəbər verir ki, klipi Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında paylaşıb.
Altun klip barədə “Birlik və bərabərliyimiz bizim sığortamız, müqavimət ruhumuz, fərqimiz, qardaşlığımız, qüvvətimizdir. Güclü iradəmizlə hər çətinliyin öhdəsindən birlikdə gələrik. “Mən”dən uzaq “Biz” anlayışı ilə hərəkət edirik. #BizBizeYeterizTürkiyem deyirik” yazıb.
Oxunub: 499