Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində xeyriyyə addımı atıb.
“Qafqazinfo” xəbər verir ki, rəhbər Azad Əsgərov başda olmaqla, federasiya əməkdaşları Bakının əksər yaşayış məntəqələrində aztəminatlı ailələrə və tənha sakinlərə yardım ediblər.
Paxtaxtın bir çox rayon sakinləri gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin edilib.
Qeyd edək ki, yardım kampaniyası xüsusi karantin rejimi bitənədək davam edəcək, xeyriyyə yardımı Federasiyasının vitse-prezidenti Tural Mirzəyevin rəhbərliyi ilə həyata keçirilir.
Oxunub: 540