dini radikalizm və ekstremizmlə mübarizə

Əfqan Muxtarlı azadlığa buraxılıb

Əfqan Muxtarlı azadlığa buraxılıb

Həbsdə olan jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.

APA-nın məlumatına görə, bu barədə Müsavat başqanı Arif Hacılı "Facebook"da məlumat paylaşıb.

APA-nın əldə etdiyi məlumata görə, Suraxanı rayon Məhkəməsində Əfqan Muxtarlının cəzasının çəkilməmiş hissəsindən şərti azad edilməsi ilə bağlı ərizəyə baxılıb. Keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, onun ərizəsi təmin edilib və cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Həmçinin qərarda, səhhətində olan problemlərə görə müalicə olunması üçün Əfqan Muxtarlının ölkədən çıxmasına icazə verilib.

Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.

Oxunub: 459
Oxşar xəbərlər
SON XƏBƏRLƏR