dini radikalizm və ekstremizmlə mübarizə

“Şəkini Addım-Addım Tanıyaq” layihəsi uğurla başa çatdı.


Azərbaycan Respublikasının Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olmuş “Şəkini Addım-Addım Tanıyaq” layihəsi çərçivəsində 3 təqdimat 1 məntiqi intellektual komanda oyunu olmaqla ümumilikdə 4 tədbir keçirildi.

Layihənin son günü 28.02.2020-ci il tarixində 15 komanda tərkibində mübarizə aparan 75 gənc gəncin iştirakı ilə məntiqi intellektual komanda oyunu keçirildi.
Şəki şəhər Bəxtiyar parkından başlanan yarışda gənclər Şəkinin tarixini,abidələrini,mədəniyyətini və adət-ənənəsini əhatə edən 8 sualın cavabını tapmaq üçün 5 saata yaxın vaxt ərzində Şəki xan sarayı ərazisinə qədər olan 3 km-ə yaxın ərazini piyada qət etdilər.

Gərgin,əyləncəli və maraqlı oyunun yekununda daha uğurlu çıxış edən ilk üçlük belədir:
I yer — Danger (Şəki Dövlət Texniki Kolleci)
II yer — Promotey (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı)
III yer — Corona (Şəki Dövlət Regional Kollecinin Musiqi Korpusu)

Sonda qalib komanda kubok,ilk 3 yerin sahibləri medal, bütün iştirakçılar isə sertifikatla təltif olundular.


Qeyd edək ki, layihə çərçəvəsində ümumilikdə 250-dən çox gənc iştirak etmişdir.


Oxunub: 575
Oxşar xəbərlər
SON XƏBƏRLƏR