dini radikalizm və ekstremizmlə mübarizə

"Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik"

"Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik"

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Akademik Rus Dram Teatrının rəhbəri Ədalət Hacıyevlə toy fotosunu paylaşıb.

Open.az xəbər verir ki, paylaşılan görüntüdə sənətçinin xalası oğlu da yer alıb.

Müğənni şəkillə bağlı xatirəsini belə izah edib:

“Bu Ədalət müəllimlə toy şəklimizdir – Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da başqa bir qohumumuzdur – onun da oğlu Azər Naxçıvanda şəhid olmuşdu.

İndi şəhidlərimizə baxıb düşünək... – onlar şirin canlarını qurban verdilər və biz bugünkü cəmiyyəti yaratdıq: Müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq – azad, müstəqil... Bu müstəqilliyi, söz azadlığını sui-istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevirilirik. Ruhları şad olsun...”. (Axşam.az)

Oxunub: 435
Oxşar xəbərlər
SON XƏBƏRLƏR