dini radikalizm və ekstremizmlə mübarizə

On rayonun mərkəzi xəstəxanasında növbəni tənzimləyən terminallar quraşdırılıb

On rayonun mərkəzi xəstəxanasında növbəni tənzimləyən terminallar quraşdırılıb

Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, ilin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, yanvar 1-dən etibarən icbari tibbi sığortanın 23 regionda tətbiqinə başlanılıb. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında da yanvarın 1-dən icbari tibbi sığorta tətbiq olunur.

Oxunub: 488
Oxşar xəbərlər
SON XƏBƏRLƏR