Azərbaycan jurnalistikasına ağır itki üzv vermişdir. Əməkdar jurnalist, filologiya elmləri namizədi ,dəyərli kitabların müəllifi Respublika qəzetinin həm redaktor müavini və eyni zamanda bölgə uzrə xüsusi müxbir işləmiş İlham Pənahovun vəfatı məni çox kədərləndirdi. On ilə yaxın bir yerdə çalışdığımız İlham müəllim son dərəcə qayğıkeş insan idi. Respublika qəzetinin elə bir sayı yox idi ki cəfakeş qələm sahibinin müxtəlif mövzulu məqalələrinə rast gəlməyək. Böyük hörmət və nüfuz sahibi idi.
Həm Respublika qəzetində, həm də Həkəri qəzetində çap olunan məqalələrimə diqqətlə baxar və çox sevinərdi. Hər dəfə məni görərkən sorusardı : Rauf , sənin seirlərini oxuyuram.ləzzət verir. Hərdən də rayonlardan mənə zəng gələrdi . İlham müəllim əl telefonumun nömrəsini dostlarına verərdi. Dövlət qəzetində şeirlər, hekayələr, gülməli əhvalatlar verilmədiyi üçün İlham muəllim çox vaxt mənə müraciət edərdi. Mən isə İlham muəllimin dostlarının şeir və yazılarını həvəslə çap etdirərdim.
Muxalifət yönlü qəzetlər işlədiyi bölgədən hansisa dostlarından qərəzli yazılar yazanda məni koməyə çağırıb deyərdi : Rauf, sənin nəsriyyatda əlaqələrin genisdir. Bu yazı həqiqətə uygun deyil. Mən isə bacardiğım qədər koməklik edərdim. Son dərəcə təmkinli və həyali insan idi. Öz səxsiyyətinə hörmət edən , mehriban xasiyyəti var idi. Yuksək insani keyfiyyətlərə malik İlham muəllim təcrübəli qələm sahibi idi.
Bu gün isə İlham müəllim haqqında gələcəkdə danışmaq mənim üçün olduqca ağırdı.
İlham müəllimə Allahdan rəhmət diləyir, ailə üzvlərinə, övladlarına ,onu tanıyan dostlara , əzizlərinə səbr diləyirəm.
Rauf İlyasoğlu