dini radikalizm və ekstremizmlə mübarizə

“Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyitənin təşkilinə start verildi.


Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyitənin təşkilinə start verildi. Fəaliyyət 2 ay müddətində nəzərdə tutulmuşdur. Təşşəbbüsün əsas məqsədi Sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından , icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir. Fəaliyyət çərçivəsində müxtəlif maarifləndirici və əyləncəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Fəaliyyətin 17.01.2020 cu il tarixində növbəti 3cü tədbiri keçirildi.Tədbir intelektual oyunlar mövsusunda oldu . Tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların intellektual bacarıqlarının inkişafı və stolüstü oyunlarda qabiliyyətlərinin sərgiləmələrinə şərait yaratmaq və onlarla əyləncəli gün keçirmələrində yardımçı olmaqdan ibarət idi.Tədbirdə fəaliyyətin koordinatoru Leyla Əmiraslanova və sosial işçi Mətanət Yusifova, könüllü Nuranə Zülfüqarova çıxış edərək tədbir iştirakçılarını salamladılar , onlar üçün hazırladıqları maraqlı oyunlar barədə məlumat verdilər. Tədbirdə sağlamlıq imkanları məhdud stolüstü oyun bacarıqlarını nümayiş etdirdilər , əyləncəli oyunlar oynadılar.

Esmira Hidayətova,Mingəçevir

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR